989
16:48
17 Yanvar 2020

Bakıda qadın faciəli şəkildə öldü

Bakıda evdə meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayon sakini, 71 yaşlı Əliyeva Fatmaxanım İsgəndər qızının meyiti yaşadığı evin hamamında tapılıb.

Meyitin ilkin müayinəsi zamanı onun dəm qazından öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.