1623
16:41
17 Yanvar 2020

Nazir Bakı polisinin bu idarəsinə yeni rəis təyin etdi

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA -ya faktı təsdiqləyib.