1049
15:52
17 Yanvar 2020

Yol qəzasında ölən və xəsarət alanın kimliyi məlum odlu - YENİLƏNİB

Gəncədə baş verən yol qəzasında ölən və xəsarət alanın kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 2004-cü il təvəllüdlü Şahin Hacıyev ölüb, 2003-cü il təvəllüdlü Hüseyn Yunisli isə xəsarət alıb.

***

Saat 14:52

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.