582
14:32
17 Yanvar 2020

MSK-nın mətbuat qrupunun tərkibində DƏYİŞİKLİK

Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov deyib ki, bir sıra KİV-lər bununla bağlı MSK-ya müraciət edib. Buna görə də mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Q.Orucov təklif edib ki, “ANS” telekanalı, “Olaylar” və “Gündəlik Teleqraf” qəzetləri qrupun tərkibindən çıxarılsın, “Azad Azərbaycan” TV, “Real” Təhlil və İnformasiya Mərkəzi (“Real” TV) “Report” İnformasiya Agentliyi və “Gündəlik Teleqraf” MMC-nin nümayəndələri MSK nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun tərkibinə daxil edilsin.

Təklif səsə qoyularaq qəbul edilib.