1923
11:40
17 Yanvar 2020

Küsülü sənətçilər efirdə barışdı - FOTO

Küsülü olan müğənni Xatun Əliyeva ilə aşıq Telli Borçalı "Şou ATV" verilişində üz-üzə gəlib.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bir-biri ilə danışmayan ifaçıları meyxanaçı Namiq Məna barışdırıb.

Xatun bildirib ki, küsülülüyə səbəb özü olub:

"Parodiya etdim, Tellinin də xoşuna gəlməmişdi. İndi verilişdə olacağından xəbərsiz idim. Gəlib onu görəndə, sakit kənara çəkildim. Sataşan mən olmuşdum deyə, səsimi çıxarmadım".

"Məni parodiya etmək çətindir" deyə, Telli Xatunla səmimi söhbət etməyə başlayıb.