1122
11:17
16 Yanvar 2020

“Vətən anadır” mahnısı uşaqların gözü ilə - VİDEO

Xanım İsmayılqızının sözlərinə yazılmış "Vətən Anadır" mahnısına daha bir klip çəkilib.

Lent.az xəbər verir ki, bəstəkarı Tanos Mikruçikos olan mahnını bu dəfə Arzu Ağamuradova adlı uşaq ifa edib. Uşaqlar vətəni təmənnasız sevir...

Klipin mövzusunun əsasında balaca qızın xəyalında canlandırdığı vətən anlayışı durur. O, həm uşaq, balaca mələk, övlad, həm də, bəzən, ana hisslərini yaşayır. Haqq müharibəsinin qalibiyyətlə bitəcəyinə əmin olan balaca qız, yurdunu qoruyan oğullara güvənir və duası ilə, onların, Allahdan hifz olunmasını istəyir.

Klipin rejissoru Elvin Mirzəyevdir. Mahnını Fərahim Sadiq aranjiman edib.