4094
12:20
15 Yanvar 2020

Nadir Qafarzadə elə klip çəkdirdi ki... - VİDEO

Müğənni Nadir Qafarzadə 2020-ci ildə yaradıcılığındakı ilk yeniliyi təqdim edib.

Lent.az -a açıqlama verən ifaçı bildirib ki, yeni ifa etdiyi “Sən ürəksən ürək” adlı bəstəyə klip çəkdirib:

“Bu mövsümdə yaradıcılığımda bir çox yeniliklər olacaq. Yeni mahnılar, kliplər, fotosessiyalar və adını hələ ki açıqlamayacağım bir layihə həyata keçirəcəyəm. “Sən ürəksən ürək” adlı mahnının klipi Şamaxıda lentə alındı. Ekran işi bir günə çəkildi. Bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, mahnının söz-musiqisi bəstəkar Murad Zeynala, aranjimanı İsmayıla məxsusdur. Klipin rejissoru və prodüseri Ertoğrul Kemalovdur.