705
18:40
14 Yanvar 2020

Bakıda itkin düşən daha bir yeniyetmə tapıldı

Yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 15 yaşlı ysel Salahova tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin Lent.az -a verdiyi məlumata görə, idarənin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, yeniyetməni heç bir şəxs qaçırmayıb.

Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.