560
19:26
14 Yanvar 2020

Narkotik satanda saxlanıldılar

Şirvan şəhər sakinində 5 kiloqramdan artıq marixuananı aşkarlanıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini M.Abdullayev 5 kiloqramdan artıq marixuananı satarkən saxlanılıb.

Göygöldə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini R.Hüseynov tutulub. Axtarış zamanı ondan 3 qramdan artıq heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun “Niva” markalı avtomobilindən 116 ədəd “Kontramal”, 56 ədəd “Pregabalin”, 127 ədəd “Tramadol”, “Metamfetamin” və heroin aşkar edilərək götürülüb.