698
17:18
14 Yanvar 2020

FHN qarlı yolda qalan sürücünü xilas etdi

Xızıda avtomobil qarlı yolda qalıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, Xızı rayonunda “INFINITI” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərə köməklik göstərilib.