1085
16:59
14 Yanvar 2020

Bir rayonda 4 narkotik alverçisi saxlanıldı

Cəlilabad sakinlərində narkotik maddə aşkar edilib.

Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağayevin evindən 2 kiloqram 207 qram heroin və metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Göytəpə şəhər sakini Ş.İsmayılovun evinin zirzəmisindən 2 kiloqram 565 qram heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə həmin vaxt orada olan həmyerliləri A.Zeynalovdan və G.Məmmədovdan ümumilikdə 7 qrama yaxın heroin aşkar edilib.