2636
14:41
14 Yanvar 2020

Avtobusda vəziyyəti pisləşib yol kənarında ölənin kimliyi bilindi - YENİLƏNİB

Bakıda qəfil ölən kişinin kimliyi məlum olub.

Lent.az -ın məlumatına görə, yol kənarında dünyasını dəyişən şəxsin 70 yaşlı paytaxt sakini Novruzov Arif Yusif oğlu olduğu müəyyənləşdirlib.

Fatkla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

***

Saat: 12:04

Bakıda ölüm hadisəsi baş verib.

Lent.az -ın əldə etdiyi məlumata görə, hadisə saat 11 radələrində paytaxtın Yasamal rayonunda, “Günəş” petrolun yaxınlığında qeydə alınıb. Belə ki, 77 saylı marşrut avtobusunda səhhəti pisləşən 60-65 yaşlarında kişi sərnişinlərin köməyi ilə düşürdülüb. Ətrafdakıların yardımına baxmayaraq, yaşlı kişi yol kənarında qəfil ürək tutmasından dünyasını dəyişib.