29253
14:00
10 Yanvar 2020

Hindistanlıların Şəhidlər Xiyabanında rəqsi qəzəbə səbəb oldu - VİDEO

“Bu gün bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip şəkdirdiyi barədə xəbər yayılıb. Həmçinin həmin görüntülər də yayılıb”.

Lent.az məlumat verir ki, bu barədə YAP Siyasi Şurasının üzvü, sabiq millət vəkili Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir:

“Hesab edirəm ki, bu məsələyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deport edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə, bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılmalıdır”.