734
05:21
15 Dekabr 2019

Abşeron rayonunun Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO

Abşeron rayonu Məhəmmədi kəndi ərazisində əl qumbarası tapılıb.

ANAMA-dan APA -ya verilən xəbərə görə, bu barədə məlumat Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə daxil olub.

Məlumatla əlaqədar Agentliyin mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndəriliblər. Agentliyin mütəxəssisləri və polis əməkdaşları əraziyə birlikdə baxış keçiriblər. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı aşkarlanıb və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və partladıcının tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.