684
22:06
14 Dekabr 2019

Nyu-Dehlidə baş vermiş yanğın zamanı azı 3 nəfər ölüb

Hindistan paytaxtının şimalında baş verən yanğında azı 3 nəfər ölüb, daha dörd nəfər yaralanıb.

APA yerli “NDTV” telekanalına istinadən məlumat verir ki, yanğın Şalimar-Baqx rayonundakı yaşayış binalarının birində baş verib.

Məlumata görə, ölənlərin hamısı qadındır. Üç uşaq da daxil olmaqla altı nəfər yanğından xilas edilib.

Əraziyə yeddi yanğınsöndürmə briqadası gəlib, yanğın söndürülüb. Hadisənin səbəbləri dəqiqləşdirilir.