722
12:54
14 Dekabr 2019

Bu partiyanın üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürür

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak formasını açıqlayıb.

Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı APA -ya açıqlamasında bildirib ki, indiki halda Müsavat Partiyasının üzvləri partiyanın adını qeyd etməklə namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər: “Biz hələ ki, bu yolu qəbul etmişik. İkinci variant da mümkündür”.

Qeyd edək ki, Müsavat Partiyası gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.