530
13:00
14 Dekabr 2019

Sürücü piyadanı vurub öldürdü

Dekabrın 12-də saat 18 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub.

Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.