573
12:56
14 Dekabr 2019

"Youtube" son 10 ilin ən məşhur KLİPLƏRİ

"Youtube" 2010-2019-cu illəri əhatə edən ən populyar kliplərin siyahısını təqdim edib.

APA-nın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, internet platformasında yer alan bu kliplərin baxış sayları 37 milyarddan çoxdur.

Ən baxımlı kliplər arasında birinci yerdə Luis Fonsi və Daddy Yankeenin “Despacito” mahnılarına çəkilmiş video dayanır. Klip 2017-ci ildə çəkilib.

İkinci yerdə isə Ed Şiranın “Shape of You” kilipi qərar tutub. Müğənninin “Thinking Out Loud” kompozisiyası da ən baxımlı kliplər arasındadır. Ed Şiran kilpləri reytinq cədvəlində iki dəfə yer alan yeganə ifaçıdır.

Bundan başqa, "Youtube" Castin Biberin “Sorry” kompozisiyasına çəkilmiş klipi, Keti Perrinin “Roar” mahnısının rolikini və "Maroon 5" qrupunun “Sugar” işini də siyahıya daxil edib.