413
00:19
14 Dekabr 2019

Lerik rayonunda üçotaqlı ev yanıb

Lerik rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət taxta konstruksiyalı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən xəbərə görə, hadisə rayonun Brkandul kəndində qeydə alınıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.