637
18:47
13 Dekabr 2019

Naxçıvan sakininin “KamAZ”ından narkotik tapıldı


Naxçıvan sakininin avtomobilindən, təqribən, 1,7 kiloqram narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a bildirilib ki, Cəlilabad rayon Polis Şöbəsi və nazirliyin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının əldə etdiyi məlumat əsasında birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobil Binəqədi rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan iki bağlamada çəkisi 1 kiloqram 670 qram heroin aşkar edilərək götürüb.