1079
18:35
13 Dekabr 2019

Maşında heç nə yoxdur dedi, oturacaqların içindən...

Gürcüstandan qanunsuz telefon gətirən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən xəbərə görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

O, sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin oturacaqlarının içərisində 6 ədəd "Samsung Galaxy A10S" markalı mobil telefon aşkarlanıb.