1887
14:26
13 Dekabr 2019

Aysel Əlizadəni özündən çıxardılar: "Sən ağıllı ol"

Azərbaycanlı müğənni Aysel Əlizadə sosial şəbəkədə tənqidi status yazıb.

Lent.az -ın məlumatına görə, ifaçı insanların etibarsızlığından gileylənib:

“İnsanlara güvənə bilmirsən. Onlar üzünə gülərək, arxasında xəncər gizlədən varlıqdır. Dəfələrlə şahidi olmuşam, "dost", "canım", "bacım", "quzum" deyiblər. Arxada elə murdar işlər çevirən pis varlıqlar var ki... Onlardan uzaq olmaq lazımdır. Bu həyatda heç kimə güvənmək olmaz. Məsafə saxla. Allaha yaxın, bizdən uzaq olsunlar.

Həmin o qadın cinsinə ləkə gətirən, bu yazımı oxuyanda anlayacaq kimsədən danışıram. Bəli, sən, ağıllı ol. Dəvə girib kolluğa, elə bilir ki, heç nə bilmirik, görmürük.

Ağaca güvənə bilərsən. Çünki bilirsən ki, alma ağacı alma, ərik ağacı ərik verir. Heyvanlara güvənə bilərsən, çünki şir kimi davranar, meymunluq etməz. Ata güvənə bilərsən, çünki yorulsa da, yara alsa da, sahibini mənzilinə çatdırar, yarıyolda qoymaz”.