661
12:23
13 Dekabr 2019

Millimizin baş məşqçisi istefaya göndərildi - SƏBƏB

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən azad edilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.

Bu ilin əvvəlindən yığmanı çalışdıran xorvatiyalı mütəxəssisin işini müzakirə edən komitə üzvləri AVRO-2020-nin seçmə mərhələsindəki çıxışı uğursuz hesab edib. Bu səbəbdən müqaviləsi fevralda başa çatacaq mütəxəssis istefaya göndərilib.