329
09:25
13 Dekabr 2019

Azərbaycanda 4 otaqlı ev yanıb

Xaçmazda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, hadisə rayonun Ləcət kəndində baş verib. Belə ki, ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.