589
01:26
13 Dekabr 2019

Avropa Liqası: "Qarabağ" mövsümü heç-heçə ilə başa vurub - FOTOSESSİYA

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” avrokubok mövsümünü başa vurub.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin VI turunun matçını keçirib.

Mübarizəni qrupda dayandıracağı ötən tur rəsmiləşən Qurban Qurbanovun yetirmələri “Düdelanj”la görüşüb. Lüksemburq təmsilçisi ilə matç Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

1/16 final şansı qalmayan uğursuzların görüşündə qalib müəyyənləşməyib. İkinci hissənin əvvəlində Qara Qarayevın qırmızı vərəqə almasından sonra “Qarabağ” azlıqda qalıb ki, lüksemburqlular da say üstünlüyündən yararlanaraq hesabı açıblar. Təmsilçimiz yalnız görüşün sonlarında Maqaye Qeyenin qolu ilə məğlubiyyətdən qaçıb.

Bu bərabərlik “Qarabağ”a 3-cü pilləni qorumaq imkanı verib. “Düdelanj” isə qrup sonuncusu olub.

Qeyd edək ki, qrupun digər oyununda APOEL “Sevilya”nı qəbul edib. Kipr təmsilçisi ev görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, ispaniyalıların ilk xal itkisi olub.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
12 dekabr, A qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1
Qollar: Geye, 90+1 - Buqren, 63
Baş hakim: Kristo Tohver (Estoniya)
Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 20. Riçard Almeyda, 23. Fayçal Rerras, 71. Tural Bayramov, 99. Maqaye Geye
Baş məşqçi: Qurban Qurbanov
Düdelanj: 1. Conatan Juber (k), 4. Kobe Kols, 5. Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antone Bernye, 27. Adel Bettayeb, 28. Şarl Morren, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren
Ehtiyat oyunçular: 30. Tim Kips, 8. Mario Pokar, 15. Rikardo Delqado, 23. Rayan Klapp, 24. Mehdi Kirş, 98. Loran Mendi
Baş məşqçi: Bertran Krasson
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Sevilya

6

5

0

1

14-3

15

2

APOEL

6

3

1

2

10-8

10

3

Qarabağ

6

1

2

3

8-11

5

4

Düdelanj

6

1

1

4

8-18

4