1368
18:51
12 Dekabr 2019

Bakıda maşından beşbarmaq tapıldı

Bakı sakininin avtomobilindən beşbarmaq aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini A.Sadıqov və Bakı şəhər sakini N.Süleymanov saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qramdan artıq marixuana və metamfetamin götürülüb.

Davam etdirilən tədbirlərlə N.Süleymanovun “Mercedes” markalı avtomobilindən isə 1 ədəd beşbarmaq aşkar edilərək götürülüb.