937
17:32
12 Dekabr 2019

Ronaldo “Real”a rəqib olmaq istəyir

“Yuventus”un superulduzu Kriştianu Ronaldo komandasının Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Lent.az -ın məlumatına görə, 34 yaşlı hücumçu turnirin finalında oynamaq istədiyini bildirib.

“Qrup mərhələsində inamlı təsir bağışladıq. Qonsalo İquain və Paulo Dibala ilə bir-birimizi əla başa düşürük. Onlardan konkret olaraq hansı ilə tandem təşkil etməyi xoşladığımı demək çətindir. Yaxşı olar ki, eyni anda üçümüz də meydanda olaq. “Yuventus” Çempionlar Liqasının kubokunu qazanacaq gücdədir. Uzun illər formasını geyindiyim “Real”a qarşı oynamaq istərdim. Amma bunun mümkün qədər gec olmasının tərəfdarıyam. Yaxşısı budur ki, finalda üz-üzə gələk. Bundan məmnun olaram”, - deyə K.Ronaldo vurğulayıb.

Qeyd edək ki, Ronaldo “Real”ın heyətində 4, ümumilikdə isə 5 dəfə Çempionlar Liqasının qalibi olub.