571
15:10
12 Dekabr 2019

“Azərsun Holdinq” Ümummilli Liderin xatirəsini yad edib - FOTO

Azərbaycanın tarixinə böyük hörmət və diqqətlə yanaşan “Azərsun Holdinq” şirkətlər qrupu tərəfindən ümumilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri Xiyabanda anım mərasimi keçirilib. Holdinq rəhbərliyi və kollektivi müstəqil Azərbaycan dövlətçiliyinin banisi, Heydər Əliyevin məzarını ziyarət edib. Şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozal və kollektivi ümumilli liderin məzarı önünə gül dəstəsi , həmçinin əkilil qoyub. Ziyarət zamanı görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.