1284
14:14
12 Dekabr 2019

Bəzi direktor və təhsil şöbələrinin müdirlərinə qarşı ciddi addımlar atılacaq - RƏSMİ

"Bu gün təhsil sahəsində bizi narahat edən əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur. Bu müzakirələrin içərisində şagirdlərim dərsə davamiyyəti də diqqətimizi çəkən aktual məsələlərdəndir". APA -nın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb: "Həmin sistemdə oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük. Təbii ki, mərkəzi məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə xüsusən də 10-11-ci siniflərə qəbul olan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagird və valideynlərlə bu barədə söhbətlər aparılsın".

M.Vəliyeva bildirib ki, Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyətinin zəif olduğu məktəblərdə məsuliyyətsiz yanaşan direktor və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq.