390
10:28
12 Dekabr 2019

“Qarabağ”ın futbolçusunun cəzası azaldıldı

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda “Qarabağ”ın müraciətinə baxılıb.

Ağdam təmsilçisinin şikayəti qismən təmin edilib. “Sumqayıt” – “Qarabağ” oyunundakı hərəkətinə görə İntizam Komitəsinin 3 oyunluq diskvalifikasiya etdiyi İsmayıl İbrahimlinin cəzası yüngülləşdirilib. Onun cəzası 2 matça endirilib.