345
09:53
12 Dekabr 2019

Saatlı sakinindən 1 kilo narkotik götürüldü

Saatlı rayon sakinindən narkotik götürülüb.​

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayon sakini Elçin Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat tədbirinin davamı olaraq E.Ağayevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.