474
06:26
12 Dekabr 2019

ABŞ-da səudiyyəlilərin təlimlərinə qadağa qoyulub

Pentaqon ABŞ-ın hərbi proqramlarında iştirak edən bütün səudiyyəlilərin təlimlərini dayandırıb.

APA “voiceamerica”ya istinadən xəbər verir ki, buna ötən həftə Floridanın Pensakola hərbi bazasındakı hücum səbəb olub.

Qərar ölkənin müxtəlif bölgələrində təlimlər keçən 900-ə yaxın səudiyyəliyə şamil edilir.

Bu addım Federal Kəşfiyyat Bürosunun 21 yaşlı leytenant Məhəmməd Əlşamraninin ştatın ovçuluq lisenziyasını əldə etdikdən sonra aldığı 9 mm-lik tapança ilə hücuma keçməsindən sonra atılıb.

Qeyd edək ki, Pensakola hərbi bazasında səudiyyəli hərbçi tərəfindən 3 dənizçi öldürülüb, 8 nəfər xəsarət alıb. O, polis tərəfindən güllələnərək öldürülüb.

Öldürülənlərdən biri 23 yaşlı Ensayn Coşua Vatson (Alabama), 19 yaşlı Məhəmməd Sameh Xaytam (Florida), digəri isə 21 yaşlı Kemeron Skott Uoltersdur(Virciniya).

Xatırladaq ki, ABŞ-ın hərbi obyektlərində 5 minə yaxın xarici tələbə təlim keçir.

Təlimlərin dayandırılması araşdırmalar başa çatdırılanadək 10 gün qüvvədə olacaq.

ABŞ-ın müdafiə naziri Mark Esper bazar günü silahlı qüvvələrə xarici əsgərlərin yoxlanış prosedurlarının yenidən nəzərdən keçirməsinə göstəriş verdiyini deyib.

Rəsmilər hücumun həftə ərzində ABŞ-ın Floridadakı hərbi bazasında ölümlə nəticələnən ikinci hücum olduğunu bildirib.