471
08:24
12 Dekabr 2019

Şəkidə 37 yaşlı kişi spirtli içkidən zəhərlənib

Dekabrın 11-i axşam saat 23 radələrində rayonun İnçə kənd sakini, 1982-ci il təvəllüdlü Rəsul Yusif oğlu Mahmudov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, müayinə zamanı R.Mahmudovun spirtli içkidən zəhərlənməsi məlum olub.

Onun reanimasiya şöbəsinə köçürüldüyü bildirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.