1044
18:52
11 Dekabr 2019

Bakıya gəmi ilə gələn sərnişində 15 ədəd boyunbağı, 37 cüt sırğa… AŞKARLANDI

Zərgərlik məmulatlarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə “Bagtyyar” gəmisi ilə Azərbaycana gələn sərnişin Gülnar Niyazmamedovanın əl çantalarında gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatı barədə məlumat daxil olub. Gömrük baxışı zamanı həmin şəxsin əl çantalarında gömrük nəzarətindən gizlədilən və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə qablaşdırılan 15 ədəd boyunbağı, 14 ədəd qolbaq, 37 cüt sırğa, 86 ədəd üzük və 3 ədəd kulondan ibarət olmaqla, cəmi 2 kiloqram 400 qram gümüş məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.