654
17:55
11 Dekabr 2019

Həbib Nurməhəmmədov Ümrə ziyarətində


UFC-nin yüngül çəkidə hazırkı çempionu Həbib Nurməhəmmədov Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yollanıb.

Lent.az -ın məlumatına görə, 31 yaşlı idmançı Ümrə ziyarətinə gedib.

Həbib bu barədə 18,2 milyonluq instaqram səhifəsində paylaşım edib. Kəbə evinin şəklini paylaşan Nurməhəmmədov "Hər şeyi verdiyi üçün Allaha həmd olsun" sözlərini yazıb.

Qeyd edək ki, H.Nurməhəmmədov növbəti döyüşünü aprelin 18-də Toni Ferqyusona qarşı keçirəcək.