7992
16:04
11 Dekabr 2019

Ailə dağıtdığı deyilən Aysel ərə getmək istəyir: "Oğlan belə olsun" - VİDEO

Müğənni Aysel Əlizadə ailə qurmaq istəyir.

Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Show news” verilişində danışıb:

“Ailə qurmaq arzumdur. Ondan gözəl nə var ki? Sənətdir, biznesdir, vəzifədir, bu gün var, sabah yoxdur. Övladların, ailən sənin üçün hər şeydən dəyərlidir. O gün gəlsin ki, ailə qurum, hər kəsi toyuma çağırım. Ən əsası odur ki, qəlbinin sahibini tapasan. Ailə qurmaq istədiyim şəxs imanlı, vicdanlı olsun. Mənim üçün ən önəmli olan bunlardır. Əgər bəydə bu xüsusiyyətlər varsa, hər şey yaxşı olur. Hazırda elə bir insan yoxdur. Elə bir insanam ki, mənə şərt qoyulması düzgün deyil. Müğənniliyimi istəməsə, onu da eləmərəm. İstəyirəm ki, 3 uşağım olsun”.

Qeyd edək ki, bir müddət öncə Turanə adlı xanım “Səni axtarıram” verilişinə çıxaraq Ayselin onun ailəsini dağıtdığını bildirib: "Mənim ailəmi Aysel dağıdıb. Onu öz evimdə də görmüşəm. 2016-cı ilin dekabrında Ayseli Elçin evimə gətirdi. Məni saymadan qapını açıb girmişdi evə. Hətta Aysel gəlməzdən əvvəl yoldaşımın telefonundan qızıma səsli mesajlar atırdı. Onun kim olduğunu soruşmağa heç mənə imkan vermirdi. Elçin mənə deyirdi ki, səni istəmirəm, Ayseli sevirəm. Atası da bilirdi bunu. Hətta atası mənə dedi ki, sən getməlisən, kimi sevir gətirsin. 6 ay dözdüm. Hər gün saat 9-da Aysel ərimin nömrəsiylə qızıma zəng vururdu. Ərimlə Aysel bir evdə qalırdı. Saray qəsəbəsindəki bağda Aysellə yaşayırdı. İki ay sonra dedi ki, sənə görə niyə narahat qalım? Çıx get, biz burada yaşayaq".