685
11:05
11 Dekabr 2019

Bakının bu rayonunda su olmayacaq - SƏBƏB

Bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən Lent.az -a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.