852
10:37
11 Dekabr 2019

17 yaşında tarixə düşdü


“Barselona” klubunun futbolçusu Ansu Fati UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Lent.az -ın məlumatına görə, o, buna qrup mərhələsinin sonuncu turunda “İnter”lə keçirilən oyunda nail olub.

Səfər qarşılaşmasının 85-ci dəqiqəsində meydana daxil olan və 1 dəqiqə sonra fərqlənən Fati ÇL tarixində qol vuran ən gənc futbolçu statusuna yiyələnib. O, rekord göstəriciyə 17 yaş 40 günlüyündə imza atıb.

Qeyd edək ki, “Barselon”nın yetirməsi olan Ansu Fati bu ildən əsas komandanın formasını geyinir.