460
18:54
10 Dekabr 2019

Mağazalardan oğurluq edən 2 nəfər tutuldu

Ağcabədidə silsilə oğurluq edənlər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az -a verilən məlumata görə, bir qrup Ağcabədi rayon sakini müxtəlif vaxtlarda Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus mağazalardan oğurluq edilməsi barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini E.Məmmədov və Ağcabədi rayon sakini E.Soltanov saxlanılıb.

Araşdırmalar zamanı onların rayon ərazisindəki 3 mağazadan 7500 manat dəyərində ərzaq məhsulları və 130 manat nağd pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.