926
15:41
10 Dekabr 2019

Ölüm hökmünün ləğvindən bəhs edən film təqdim olundu - FOTOLENT

Azərbaycan respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbir keçirib.

Lent.az xəbər verir ki, tədbirdə Şuranın maliyyə yardımı ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin hazırladığı sənədli film ictimaiyyətə təqdim edilib.

Tədbiri Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud açıq elan edib. Daha sonra ümummilliliderin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan dövlətinin ardıcıl olaraq apardığı humanist siyasətdən, Ulu Öndər Heydər Əliyevin ölüm cəzasını ləğv etməsindən bəhs edən filmin Beynəlxalq İnsan Hüquqları günündə təqdimatının keçirilməsinin təbii qanunauyğunluq olduğunu deyib.

“Obyektiv” Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin sədri, jurnalist Mübariz Əsgərov filmin hazırlanması zərurətindən, ölüm hökmünün ləğvinin məhbuslarda və cəmiyyətdə doğurduğu reaksiyadan danışıb. M.Əsgərov filmdə ölüm hökmü alanların və bu hökmü yerinə yetirənin həyəcanlı müsahibələrinə geniş yer verildiyini qeyd edib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyeva insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycan dövlətinin ən ali məqsədlərindən olduğunu deyib. Səbinə Əliyeva 1998-ci ilin fevralın 10-da Azərbaycanda ölüm hökmünün ləğv edilməsinin böyük əhəmiyyətə malik hadisə olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət T əşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Millət vəkili Azay Quliyev çıxışında müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi misilsiz fəaliyyətdən bəhs edib. Azay Quliyev Heydər Əliyevin mükəmməl dövlətçilik konsepsiyası sayəsində ölkəmizdə hüquqi dövlətin qurulduğunu, vətəndaş cəmiyyətinin bərqərar olduğunu, söz, mətbuat və vicdan azadlıqlarının təmin olunduğunu vurğulayıb. Şura sədri Azərbaycanın Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə olmasını beynəlxalq platformalarda hər zaman iftixarla xatırladıqlarını deyib.