1234
14:10
10 Dekabr 2019

Bakıda Şaxta baba və Qar qız olmaq istəyən yoxdur - ÖZƏL

“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar Bakıda yolkaların quraşdırılmasına dekabrın 15-dən start veriləcək".

Bu barədə Lent.az -a Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib. Bildirilib ki, rayon icra hakimiyyətləri yeni il yolkalarını Bakıdakı park və istirahət mərkəzlərində quraşdıracaq:

“Bakının ən böyük yolkası isə “Azneft” dairəsində qurulacaq. Yolkanın hündürlüyünün neçə metr olacağı isə hələ dəqiq deyil. Hündürlük quraşdırılandan sonra bilinəcək”.

Məlumatda qeyd edilib ki, Bakıda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün hələlik heç bir müraciət daxil olmayıb:

“Bunun üçün dövlət rüsumu dəyişməyib, ötən il olduğu kimi, bunun üçün 60 manat ödənilməlidir”.

Xatırladaq ki, 2018-ci ildə Bakının ən böyük yeni il yolkası "Azadlıq" meydanında, 2017-ci ildə isə Dənizkənarı bulvarda quraşdırılmışdı.