689
06:24
10 Dekabr 2019

İrandan ABŞ-a açıq mesaj: “Biz hazırıq”

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-la daha geniş məhbus mübadiləsinə hazır olduqlarını söyləyib.

APA CNN-ə istinadən xəbər verir ki, Zərif bu barədə rəsmi “twitter” hesabında bildirib.

O, İstanbulda “Asiyanın Qəlbi İstanbul prosesi” adlı Asiya ölkələri nazirlərinin toplantısında iştirak etdiyini vurğulayaraq əlavə edib ki, bölgədəki diplomatiya ilə məşğul olurlar və Əfqanıstanda sülh, tərəqqi üçün güclərini bir araya gətirmək niyyətindədirlər.

Qeyd edək ki, dekabrın 7-də İran casusluqda günahlandırdığı amerikalı tələbə Van Siyueni azad edib. ABŞ isə İrana qarşı sanksiyaları pozmaqda günahlandırdığı iranlı bioloq, professor Məsud Süleymaniyə qarşı elan etdiyi ittihamları ləğv edib.