613
22:55
09 Dekabr 2019

Mənzildə qadın meyiti aşkarlandı

Sumqayıt şəhərində axşam saatlarında mənzildə meyit aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində qeydə alınıb.

1948-ci il təvəllüdlü Kərimova Həqiqət Əsədulla qızının meyiti tənha yaşadığı mənzilində aşkarlanıb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.