416
22:40
09 Dekabr 2019

Bakıda avtomobillə piyadanı vuran sürücü qaçdı

Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza Zabrat qəsəbəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili 50 yaşlı Bayramov Ədilxan Ziyəddin oğlunu vurub.

Hadisəni törədən sürücü ərazidən yayınıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.