413
19:16
09 Dekabr 2019

Türkiyədə saxta erməni soyqırımı iddialarını cavablandıran sayt yaradıldı

Türkiyədə saxta erməni soyqırımı iddialarına cavab vermək məqsədilə 1915.gov.tr adlı sayt yaradılıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezident Administrasiyası yaratdığı saxta erməni soyqırımı iddiaları ilə Türkiyə haqqında səslənən yalan, böhtanlara fakt və sübutlarla cavab verəcək.