609
17:20
09 Dekabr 2019

FİFA Rusiya ilə bağlı qərarı şərh etdi

FİFA Rusiya ilə bağlı qərarı şərh etdi

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin çıxardığı qərar futbola da şamil oluna bilər.

Apasport.az saytının məlumatına görə, FİFA Rusiyanın 4 il müddətinə Olimpiya Oyunları və dünya çempionatlarından kənarlaşdırılmasına münasibət bildirib.

Qurumdan bildirilib ki, qadağanın futbola şamil olunub-olunmayacağı təşkilatlar arasında müzakirələrdən sonra bəlli olacaq: “WADA-nın İcraiyyə Komitəsinin çıxardığı qərar FİFA-nın diqqətindədir. Sanksiyanın futbola mümkün tətbiqi ilə bağlı WADA və Yay Olimpiya Beynəlxalq Federasiyaları Assosiasiyası ilə əlaqədəyik”.