1354
16:44
09 Dekabr 2019

Azyaşlılara işgəncə verilməsi ilə bağlı araşdırma Baş Prokurorun nəzarətində - RƏSMİ

Bakıda ögey ananın azyaşlılara zorakılıq etməsi ilə bağlı məsələ prokurorluq tərəfindən araşdırlır.

Lent.az xəbər verir ki, bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəisi Eldar Sultanov öz "Facebook" profilində paylaşıb:

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb".