536
16:22
09 Dekabr 2019

Yeni Suraxanıda yol təmirinə 7,8 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılıb.