445
14:54
09 Dekabr 2019

Həbsdə olan sabiq baş həkim apelyasiya şikayəti verdi

Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının həbsdə olan sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlu barəsindəki hökmdən apelyasiya şikayəti verib.

APA-nın məlumatına görə, şikayətə Şəki Apelyasiya Məhkəməsində hakim İmamverdi Şükürovun icraatında baxılır.

Məhkəmənin baxış iclası dekabrın 12-ə təyin edilib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə T. Kosayev 2 il azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, T. Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.