655
14:29
07 Dekabr 2019

Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək

Müsavat Partiyası 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək.

APA-nın məlumatına görə, bu gün Müsavat Partiyası Milli Məclisinin növbədənkənar sessiyası keçirilib.

Müzakirələrdən sonra Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi barədə qərar qəbul olunub.